“Ukrayna münaqişəsindən çıxış yolu yoxdur” - İlon Mask
22-04-2024, 00:15
Məşhur iş adamı İlon Mask bildirib ki, Ukrayna münaqişəsindən çıxış yolu yoxdur.
Mask bu narahatlığını ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya təxminən 61 milyard dollar ayırması ilə bağlı qanun layihəsinin qəbulu fonunda bildirib.
“Mənim ən böyük narahatlığım ondan ibarətdir ki, münaqişədən heç bir çıxış yoxdur. Sadəcə olaraq, uşaqların artilleriya, snayper və pulemyot atəşlərində, yaxud da minalanmış sahələrdə öldüyü sonsuz müharibə”, - Mask sosial şəbəkədə yazıb.