Vaşinqtonda ermənilərin qondarma soyqırımı yalanlarına qarşı həmrəylik aksiyası keçirilib

25-04-2024, 11:09           
Vaşinqtonda ermənilərin qondarma soyqırımı yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
Türkiyənin ABŞ-dəki səfirliyinin qarşısında ermənilərin 24 aprel qondarma soyqırımı yalanlarına qarşı həmrəylik aksiyası keçirilib.

“Report” xəbər verir ki, “Erməni yalanlarına son” şüarı ilə keçirilən aksiya Türkiyə-Amerika Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən təşkil olunub.

TASC rəsmisi Məhəmməd Sami Görgülü “Report”a açıqlamasında bildirib ki, aksiyanı keçirməkdə məqsəd erməni lobbisinin yalanlarını ifşa etməkdir:

“Ermənilərin qondarma soyqırımı iddialarını tanımaqla siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan bəzi dövlətlər bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Beynəlxalq ictimaiyyət soyqırımı iddialarının yalan olduğunu bilməlidir”.
Aksiyada Vaşinqtonda yaşayan türk və Azərbaycan icmasının fəalları iştirak ediblər. Fəallar erməni yalanlarının ifşa olunduğu şüarlar səsləndiriblər.

Burada 1970-ci illərdə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilən onlarla türk diplomatının şəkilləri də nümayiş etdirilib.

Təxminən iki saat davam edən aksiya insidentsiz başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru