"Erməni tərəfi Moskvada deyib ki, əraziləri qaytarmağa hazırdır" - General

22-08-2016, 22:15           

Qondarma “DQR”in keçmiş “müdafiə naziri” , aprel döyüşlərindən sonra Moskvadan qayıdan general Samvel Babayan deyib ki, erməni tərəfi bu yaxınlarda Moskvada ərazilərin qaytarılmasına hazır olduğunu bildirib.

Virtualaz.org xəbər verir ki, Babayan bu haqda 7or.am saytına müsahibəsində danışıb. “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında o, dediklərini təsdiqləyib. Bildirib ki, erməni tərəfi nəinki ərazilərin qaytarılmasına, eləcə də başqa güzəştlərə hazırdır.

Onun sözlərinə görə, Ermənistan artıq xarici təzyiqlərə davam gətirmək imkanında deyil. “İstər Azərbaycan tərəfdən olsun, istər həmsədrlər tərəfdən. Biz müqavimət göstərə bilmirik və “hə” deyən obyektə çevrilik”-Babayan deyib.

Generanl “Samo”nun sözlərinə görə, 2008-ci ildən sonra erməni tərəfi Qarabağ məsələsində çox ciddi güzəştlərə hazır olub. Bunlardan birincisi Laçın rayonunun məsələsinin “Laçın dəhlizi”inə çevrilməsidir. İkincisi, azərbaycanlı qaçqınların Şuşa və Laçına qayıtmasına razılaşıblar. Üüçüncü Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsi qeyri-müəyyən müddətə təxirə salınır. “Yəni biz 1988-ci ilə qayıdırıq”- o deyib.

Samvel Babayanın sözlərinə görə, erməni tərəfi üçün bu arzuolunmaz variantın qarşısını ancaq Azərbaycan prezidenti İlham Əliyevin işğal olunmuş rayonların hamısını, o cümlədən Şuşanı birdən geri almaq istəyi alır. “Yəni o, 7 yox, 12 rayonu birdən istəyir. Bundan başqa Azərbaycan kimin olursa olsun, sülhməramlıların yerləşdirilməsinə qarşıdır. Ermənistan isə razılaşmağa meyllidir”-Babayan deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru