Azərbaycan prezidentinin sabiq mətbuat katibindən “Gülənçi ovu”na etiraz

23-08-2016, 07:54           
Azərbaycan prezidentinin sabiq mətbuat katibindən “Gülənçi ovu”na etiraz
Yeni Nəsil” Jurnalistər Birliyinin sədri, 1992-93-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katib, media ekspert Arif Əliyev cumhuriyyet.az-a açıqlamasında Gülən tərəfdarları ilə bağlı Azərbaycanda aparılan və aparılması gözlənilən mümkün həbsləri şərh edib.
Ekspertin sözlərinə görə, bu gün hansısa terror təşkilatı ilə mübarizədən daha çox müxtəlif şəxs və qrupların bir-birləri ilə hesablaşması müşahidə edilir: “Gülən tərəfdarlarına qarşı həbslər aparmazdan öncə aydınlaşdırmaq lazımdır ki, Azərbaycan rəsmi şəkildə bu şəbəkəni terror şəbəkəsi, terror təşkilatı kimi tanıyırmı? Parlamentin bununla bağlı müvafiq qərarı varmı? Bu gün Azərbaycanı Türkiyənin vəziyyətinə gətirmək cəhdi var. Kimin kimdən nə heyfi var, kimin kimlə nə problemi var, onu həll etməyə başlayıblar. Mən kiminsə kiminləsə əlaqədə olmasını cinayət hesab etmirəm. Hesab edirəm ki, burada siyasi proselər və bir də kiminsə kimisə sıxmaq cəhdi müşahidə edilir. Hansı ki, bu cür hallara birinci dəfə deyil ki, şahid oluruq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.