Zelenskinin aparat rəhbərinin müavini axtarışa verildi

19-05-2024, 13:09           
Zelenskinin aparat rəhbərinin müavini axtarışa verildi
Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini Roman Maşovets Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib,

Publika.az xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

"Daxili İşlər Nazirliyi 6 avqust 1976-cı il təvəllüdlü Roman Vasilyeviç Maşovets axtarışındadır", - məlumatda deyilir.

Maşovets 2020-ci ilin aprelindən Zelenskinin ofisinin rəhbərinin müavinidir.

Bundan əvvəl Rusiya FTX-si Ukrayna hərbi kəşfiyyatının zabiti Roman Maşovetsin Krımda yüksək rütbəli məmurlara qarşı sui-qəsd cəhdlərini təşkil və koordinasiya etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru