Yaxın Şərq ancaq bu zaman sakitləşəcək - Quterreş açıqladı

19-05-2024, 15:44           
Yaxın Şərq ancaq bu zaman sakitləşəcək - Quterreş açıqladı
Yalnız Fələstin dövlətinin yaradılması İsraillə Fələstinin "HƏMAS" hərəkatı arasında müharibəni dayandıracaq.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş "X" sosial şəbəkəsində yazıb.

O hesab edir ki, Qəzza zolağındakı vəziyyət Yaxın Şərqin digər ölkələrinə də keçə bilər:

"Qəzzadakı müharibə açıq yaradır və bütün bölgəyə sirayət etmək təhlükəsi yaradır. Zorakılıq və qeyri-sabitlik dövrünə son qoymağın yeganə davamlı yolu İsrail və Fələstinin sülh və təhlükəsizlik şəraitində yan-yana yaşadığı, hər iki dövlətin paytaxtı Qüds olmaqla iki dövlətin yaradılması barədə qərardır", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru