Qərbdəki qlobalistlər opponentlərə qarşı açıq siyasi terrora doğru irəliləyir

23-05-2024, 09:38           
Qərbdəki qlobalistlər opponentlərə qarşı açıq siyasi terrora doğru irəliləyir
Qərb ölkələrində səslənən Fitsonun sağalması ilə bağlı rəsmi uydurma fikirlərin arxasında qlobalist təriqətin əsl siması gizlənir.
Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd göstərir ki, Qərbdə "qlobalist təriqət"in tərəfdarları opponentlərə qarşı açıq siyasi terrora doğru irəliləyirlər. Bu barədə TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan məlumat verilib.
"Mayın 15-də Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd göstərdi ki, qlobalist totalitar-liberal elita "sivil üsullarla" hegemonluqlarını qoruya bilməyəcəkləri bir şəraitdə, açıq siyasi terrora əl atırlar. Bu, onların opponentlərini belə repressiyalar ilə qorxutmaq üçün nəzərdə tutulub", - məlumatda qeyd olunub.
Bildirilib ki, Qərb ölkələrində səslənən Fitsonun sağalması ilə bağlı rəsmi uydurma fikirlərin arxasında qlobalist təriqətin əsl siması gizlənir.
"Onların tərəfdarları sosial şəbəkələrdə çoxsaylı şərhlərdə cinayəti bəyənir və digər milli yönümlü liderləri, xüsusən də Macarıstanın baş naziri Viktor Orban və Serbiya prezidenti Aleksandr Vuçiçi aradan qaldırmağa çağırırlar" - Xarici Kəşfiyyat Xidməti qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru