BMT Srebrenitsa ilə bağlı qətnamə qəbul etdi

24-05-2024, 07:54           
BMT Srebrenitsa ilə bağlı qətnamə qəbul etdi
BMT Baş Assambleyası 11 iyulun “Srebrenitsa Soyqırımını Anma Günü” elan olunması ilə bağlı qətnamə layihəsini qəbul edib.

Axar.az xəbər verir ki, səsvermədə 84 ölkə lehinə, 19 ölkə əleyhinə səs verib, 68 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, 1995-ci ildə iyulun 11-16-da serb general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz olunmuş Serbiya ordusu Bosniya-Hersaqovinanın Srebrenitsa şəhərində 8 min 372 Bosniyalı müsəlmanı-boşnakı qətlə yetirilib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru