"Avropa təhlükəsizlik baxımından Ermənistana kömək etməyəcək" - Sabiq nazir

25-05-2024, 00:10           
"Avropa təhlükəsizlik baxımından Ermənistana kömək etməyəcək" - Sabiq nazir
“Avropa təhlükəsizlik məsələlərində Ermənistana kömək etməyəcək”.

Slovakiyanın keçmiş baş naziri, vəkil Yan Çarnoqurski belə deyib.

“Avropa Qafqazdan uzaqdır. Ona görə də, Avropanın Ermənistana təhlükəsizlik baxımından kömək etmək potensialı yoxdur. Kommersiya məsələlərində yardım edə bilər, lakin təhlükəsizlik baxımından kömək edə bilməz və etməyəcək”, – siyasətçi bildirib.

Onun fikrincə, Qərb Rusiyanı və onun tarixi müttəfiqlərini ayırmaq üçün əlindən gələni edir.

“Avropa təhlükəsizlik məsələlərində praktiki olaraq ABŞ-ın müstəmləkəsidir və buna görə də Avropa bütün potensial müttəfiqlərini Rusiyadan ayırmaq istəyir. Ermənistanla Rusiya arasında tarixi əlaqələr çox dərin olduğundan, ABŞ və Avropa bu əlaqələri mümkün qədər pisləşdirmək istəyir”, – deyə Yan Çarnoqurski fikrini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru