Putin taktiki nüvə silahı təlimlərindən danışıb

25-05-2024, 07:24           
Putin taktiki nüvə silahı təlimlərindən danışıb
Rusiya nüvə silahı sahəsində öz öhdəliklərinə tam əməl edir, ölkənin pozduğu heç bir şey yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.

O, bildirib ki, Rusiya müntəzəm olaraq nüvə təlimləri keçirir və hazırda bu təlimlər belaruslu müttəfiqləri ilə birlikdə keçirilir.

Putin həmçinin qeyd edib ki, Rusiya nüvə təlimləri ilə heç nəyi gərginləşdirmir, əksinə, planlaşdırılmış şəkildə, ardıcıllıq naminə keçirir.

"Biz Belarusun təhlükəsizliyinə Rusiya Federasiyasının təhlükəsizliyi kimi yanaşırıq. Belarus ərazisinə qoşunların birgə regional qrupu, Rusiyanın müasir müdafiə sistemləri və taktiki nüvə silahları yerləşdirilib”, - deyə Rusiya Prezidenti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru