Kuleba Putinin müharibəni sonlandırmaq istəyinin olmadığını bildirib

25-05-2024, 11:57           
Kuleba Putinin müharibəni sonlandırmaq istəyinin olmadığını bildirib
“Hazırda Putinin Ukraynaya qarşı təcavüzə son qoymaq istəyi yoxdur”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın müharibəni indiki döyüş xəttində dayandırmağa hazır olması ilə bağlı yayılan xəbərlərə münasibətində deyib.

Ukraynanın baş diplomatının sözlərinə görə, "Putin 15-16 iyunda İsveçrədə keçiriləcək Sülh Sammitini ümidsizcə pozmağa çalışır".

Kuleba vurğulayıb ki, yalnız "qlobal ictimaiyyətin prinsipial və vahid səsi Putini müharibə əvəzinə sülhü seçməyə məcbur edə bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru