İrəvana təcavüz olsa, Paris ordu göndərəcək? - Papazyan

26-05-2024, 11:38           
İrəvana təcavüz olsa, Paris ordu göndərəcək? - Papazyan
Fransa ilə nə qədər yaxşı və isti münasibətlər olsa da, Ermənistana təcavüz olarsa, Paris öz qoşunlarını köməyə göndərməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Paris ən yaxşı halda dəstəyi bir az artıracaq, amma bundan artıq heç nə etməyəcək. Siyasətçi əmindir ki, Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir, müttəfiqi düşmənə çevirməməlidir.

Papazyan AB-nin Türkiyəyə Qafqaz məsələləri ilə məşğul olmaq səlahiyyəti vermək istəyi barədə xəbərlərdən narahat olduqlarını da qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru