HƏMAS İsraillə danışıqlardan imtina etdi

26-05-2024, 12:18           
HƏMAS İsraillə danışıqlardan imtina etdi
Fələstinin "HƏMAS" hərəkatı bildirib ki, İsraillə danışıqlara qayıtmayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Al Mayadeen" televiziya kanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, HƏMAS "İsrailin razılığı eldə etməkdə ciddi yanaşmadığını hesab edir".

Bundan əvvəl İsrail hakimiyyətinin ABŞ və Qətərlə Fələstinin "HƏMAS" qruplaşması ilə danışıqları bərpa etmək barədə razılığa gəldiyi bildirilib. Danışıqlar prosesinin gələn həftə başlayacağı gözlənilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru