Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağın kart olmaqdan çıxmasını hələ də qəbul edə bilmirlər

29-05-2024, 11:14           
Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağın kart olmaqdan çıxmasını hələ də qəbul edə bilmirlər
Rusiyanın Xankəndidə konsulluq açmaq istəyinin tutarlı səbəbi yoxdur: bölgədə nə Rusiya vətəndaşı, nə rus hərbçisi var, nə də Rusiya şirkətləri burada fəaliyyət göstərir;
Bu istəyin siyasi məqsəd daşıdığı aydındır. Rusiya sülhməramlıların getməsindən sonra Qarabağda mövcudluğunu diplomatik müstəvidə davam etdirmək istəyir və istisna deyil ki, plan ermənilərin mümkün qayıdışına hesablanıb. Hərçənd, ermənilərin Qarabağa qayıdışı perspektivi yoxdur. Əgər gələcəkdə bu baş verərsə belə, bölgəyə gələnlər Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda burada yaşaya biləcəklər. Sual yaranır: Rusiya konsulluğu Azərbaycan vətəndaşına necə xidmət göstərə bilər?!
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə konsulluq açmaq istəklərini “qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmaqla” izah edir. Azərbaycanın Rusiyada iki konsulluğu fəaliyyət göstərir, Rusiya da Azərbaycandakı konsulluğunun sayını artırmaq istəyir. Halbuki, Rusiya ərazi baxımdan daha böyükdür və orada yaşayan azərbaycanlıların sayı çoxdur. Yaxud, məqsəd təkcə say məsələsidirsə, niyə bunu başqa şəhərdə yox, məhz Xankəndidə etmək istəyirlər? Karasinin bu izahı gerçək məqsədi gizlətməyə hesablanıb.
Görünür, Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağın kart olmaqdan çıxmasını hələ də qəbul edə bilmirlər.
Asif Nerimanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru