Fransa Rusiya ilə müharibə astanasında - Ukraynaya yüzlərlə hərbçi göndəriləcək

31-05-2024, 11:14           
Fransa Rusiya ilə müharibə astanasında -
Fransa Rusiya ilə müharibə astanasında - Ukraynaya yüzlərlə hərbçi göndəriləcək
Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin yazdığına görə, Fransa tezliklə Ukraynaya hərbi təlimatçılar göndərə bilər.
Bəzi müttəfiqlərin qərarın Rusiya ilə birbaşa münaqişəyə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarına baxmayaraq, Fransa tezliklə Ukraynaya hərbi təlimçilər göndərə bilər. Bu barədə “Röyter” agentliyi mənbələrə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, Fransa əvvəlcə “məhdud sayda” hərbi mütəxəssis göndərəcək. Ardından onların sayının bir neçə yüzə çatdırılması planlaşdırılıb.
Agentliyə məlumat verən mənbə deyib: "“Biz razılaşmalarda böyük irəliləyiş əldə etmişik və gələn həftə artıq addımlar atıla bilər".
Mənbələrin məlumatına görə, bu missiya nə Aİ, nə də NATO bayrağı altında fəaliyyət göstərəcək.
Təlim minalardan təmizləmə üsullarının, Qərb tərəfindən Kiyevə verilən texnikanın işlək vəziyyətdə saxlanılması qaydalarının, hərbi təyyarələrin texniki ekspertizası bacarıqlarının öyrədilməsinə yönəldiləcək. Bundan əlavə, Parisin Ukrayna motoatıcı briqadasını maliyyə və avadanlıqla təmin edəcəyi, ona müvafiq təlim keçəcəyi bildirilir.
Agentliyin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski iyunun 6-da Müttəfiqlərin Normandiya sahillərinə desant çıxarması əməliyyatının 80-ci ildönümü ilə əlaqədar Fransaya gələcək. Onun növbəti gün Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru