Rusiya və Çin ordusu ümumi maraqları birgə qorumağa davam edəcəklər - Çin MN

31-05-2024, 15:14           
Rusiya və Çin ordusu ümumi maraqları birgə qorumağa davam edəcəklər - Çin MN
ÇXR rəsmisi qeyd edib ki, son illərdə Çin sədri və Rusiya Prezidentinin strateji rəhbərliyi altında yeni dövrdə iki dövlətin münasibətlərinin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədə qorunub saxlanılıb.
Rusiya və Çin Silahlı Qüvvələri ümumi maraqların qorunmasında, regional və qlobal sülh və sabitliyin təmin edilməsində fəal rol oynamağa davam edəcəklər.
Bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan brifinqdə deyib.
U Tsyan onu da qeyd edib ki, son illərdə Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin strateji rəhbərliyi altında yeni dövrdə Çin-Rusiya münasibətlərinin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədə qorunub saxlanılıb.
“İki ölkənin silahlı qüvvələri yüksək səviyyəli mübadilələr, peşəkar mübadilələr, birgə təlimlərin keçirilməsi sahəsində, iki ölkə və iki dövlətin orduları arasında ənənəvi dostluğun inkişafında, ümumi maraqların müdafiəsində, regional və qlobal sülhün, sabitliyin qorunmasında fəal rol oynayaraq praktiki əməkdaşlığı dərinləşdirməyə davam edəcəklər”, - Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru