Netanyahunun oğlundan Türkiyə ilə bağlı qalmaqallı PAYLAŞIM
31-05-2024, 10:41
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu sosial media hesabından Türkiyə ilə bağlı qalmaqallı paylaşım edib.
"DogruXeber.az" xəbər verir ki, Yair Netanyahu "Instagram" hesabında terror təşkilatı PKK-nın "xəyali terror dövləti" xəritəsini paylaşaraq Türkiyəni soyqırım törətməkdə ittiham edib.
Netanyahunun paylaşdığı qalmaqallı xəritədə Türkiyənin demək olar ki, bütün şərq hissəsi yer alıb.
Ötən ilin əvvəlində ABŞ-yə köçən Yair Netanyahu Mayami-Biçdə dəbdəbəli həyat tərzi sürür. 32 yaşlı Netanyahunun səfərbərlik çərçivəsində olan ölkəsinə dönməməsi İsrail ictimaiyyətinin reaksiyası ilə qarşılanır.