Kreml Baydenin Kiyevin Rusiya ərazisini ABŞ silahları ilə vurmasına “icazə” verməsindən xəbərsizdir

1-06-2024, 00:08           
Kreml Baydenin Kiyevin Rusiya ərazisini ABŞ silahları ilə vurmasına “icazə” verməsindən xəbərsizdir
Kreml Baydenin Kiyevin Rusiya Federasiyası ərazisini Amerika silahları ilə vurmasına "icazə” verməsindən xəbərsizdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kiyev artıq Rusiya Federasiyasının ərazisinə Amerika istehsalı olan silahlarla zərbələr endirməyə çalışır.

"Biz bilirik ki, ümumiyyətlə, Amerika istehsalı olan silahlarla artıq Rusiya ərazisinə zərbə endirilməyə çalışılır. Bu, ABŞ-nin bu münaqişədə iştirakının dərəcəsini daha açıq-aydın nümayiş etdirir”, - deyə Peskov bildirib.

Qeyd edək ki, dünən "Politico" nəşri Baydenin Ukraynaya ABŞ istehsalı silahlarla Rusiya ərazisinə zərbə endirməyə "gizli" razılıq verməsi barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru