Orban: Avropa ağılsız maşinisti olan qatar kimi müharibəyə doğru tələsir

2-06-2024, 12:58           
Orban: Avropa ağılsız maşinisti olan qatar kimi müharibəyə doğru tələsir
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Budapeşt macar gənclərinin hərbi əməliyyatlara cəlb olunmasına icazə verməyəcək.
Avropa bu gün “ağılsız maşinisti” olan qatar kimi müharibəyə doğru tələsir və hər gün “cəhənnəmə gedən yolda yeni bir mərhələ keçir”.
Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, o, “sülh marşı”nın iştirakçıları qarşısında çıxış edərək qeyd edib ki, bunun qarşısı alınmalıdır.
"Avropa hazırda müharibəyə hazırlaşır, hər gün cəhənnəmə aparan yolda yeni bir mərhələ keçir" - Orban bildirib.
Macarıstanın baş naziri diqqəti hazırda baş verən hadisələrə yönəldib: Ukraynaya pul və silah göndərilməsi davam edir, Avropada nüvə silahının yerləşdirilməsi, məcburi hərbi çağırışın qaytarılması və s.
"Bütün bunlar göstərir ki, müharibə tərəfdarı olan qatarın son dayanacağı yoxdur və maşinist dəli olub" – Orban fikrini bildirib.
O, həmçinin əyan edib ki, Budapeşt macar gənclərinin hərbi əməliyyatlara cəlb olunmasına icazə verməyəcək.
Xəbər verdiyimiz kimi, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Qərb ölkələrindən Ukraynaya silah tədarükünün tədarükçülərin özləri üçün mənfi nəticələrə səbəb olacağını bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl vurğulamışdı ki, Rusiya Federasiyası Kiyev rejiminə A F-16 qırıcılarının tədarükünə NATO-nun nüvə sahəsində Rusiyaya siqnalı kimi baxacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru