Vatikan ümid edir ki, Ukrayna üzrə İsveçrədə keçiriləcək konfrans danışıqlar üçün əsas yaradacaq

2-06-2024, 11:47           
Vatikan ümid edir ki, Ukrayna üzrə İsveçrədə keçiriləcək konfrans danışıqlar üçün əsas yaradacaq
İyun ayında keçiriləcək Ukrayna Sülh Konfransı sülhə nail olmaq üçün perspektivlərin və imkanların qiymətləndirilməsində mühüm rol oynayacaq.

APA xəbər verir ki, bu fikri TASS müxbirinə eksklüziv müsahibəsində papanın Ukrayna üzrə elçisi, İtaliya yepiskopları konfransının rəhbəri, kardinal Matteo Zuppi söyləyib.

"Ümid edək ki, bu, növbəti addımlar və zəmin hazırlamaq üçün təməlin qoyulmasında faydalı olacaq", - kardinal bildirib.

Sülh perspektivlərindən danışan kardinal gərginliyin artmasına imkan verməməyin vacib olduğunu qeyd edərək, Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Parolinin bu məsələ ilə bağlı bəyanatının vacibliyini vurğulayıb.

“Düşünürəm ki, Avropanın münaqişənin danışıqlar yolu ilə həllini təşviq etmək üçün böyük məsuliyyəti var və ədalətli, davamlı sülh nizamlanmasına nail olmaq üçün başqa əsas ola bilməz” - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru