Hollivud ulduzları Baydenin kampaniya vəsaiti toplamasına yardım edir

18-06-2024, 08:24           
Hollivud ulduzları Baydenin kampaniya vəsaiti toplamasına yardım edir
Hollivudun ən parlaq ulduzlarından bəziləri şənbə gecəsi prezident Co Bayden üçün ianə toplanışına başçılıq edərək, onun yenidən seçilmə kampaniyasına lazım olan 28 milyon dollarlıq məbləği toplamağa yardım edib.

Los-Ancelesdəki 7100 yerlik Peacock Teatrında səhnəyə çıxanlar arasında Corc Kluni, Culiya Roberts və Barbra Streyzand da olub. Gecənin gec saatlarında aparıcı Cimmi Kimmel Bayden və keçmiş prezident Barak Obamadan müsahibə alıb. Onların hər ikisi keçmiş prezident Donald Trampı çox yaxın olacağı gözlənilən yarışda məğlub etməyin vacibliyini vurğulayıb.

Əyləncə dünyasının korifeyləri Baydenin kampaniyasına yardım üçün daha çox sıraya düzülür.

Tədbirdə Cek Blek və Şeril Li Ralfın mahnıları səsləndirilib.

Şənbə günü Detroytda kampaniya aparan Tramp Baydenin iqtisadiyyat və inflyasiya ilə bağlı davranışını tənqid edib. Trampın seçki kampaniyasının sözçüsü Karolin Livitt deyib ki, prezident “reallıqdan uzaq olan elitist Hollivud məşhurları ilə” pul toplayır.

Baydenin kampaniyası hələ də vəsaitin hesablandığını bildirsə də, şənbə gecəsi toplanana 28 milyon dollar tarixdə bir Demokrat namizəd üçün yığılan böyük məbləğdir.

Bayden Trampa qarşı kampaniyada pul yarışının əvvəlində liderlik edirdi. Lakin keçmiş prezident Respublikaçılar Partiyasının namizədliyini rəsmiləşdirdikdən sonra üstünlük qazanıb.

Tramp milyarder investor Con Polsonun Floridadakı evində aprel ayında əsas donorların toplantısında 50,5 milyon dollar qazanaraq Baydenin Nyu-Yorkdakı tədbirini geridə qoyub. Keçmiş prezidentin kampaniyası və Respublikaçıların Milli Komitəsi may ayında Trampın cinayət işi üzrə mühakimə olunduğu məhkəmədə təqsirli bilinməsindən sonra daxil olan on milyonlarla dollar töhfə ilə 141 milyon dollar topladıqlarını açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.