Nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişiklik həyata keçirilməyib,...

11-07-2024, 10:38           
Nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişiklik həyata keçirilməyib,...
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü başa çatıb. Bu görüş xüsusi nəticəyə hesablanmamışdı, sadəcə Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO-nun Vaşinqton toplantısına qatılmasından istifadə edərək növbəti dəfə moderatoqluq funksiyasını yerinə yetirib.
Görüşdən sonra verilən açıqlamada tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Bu ümumi sözlərdir, nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişiklik həyata keçirilməyib, sülh sazişinin imzalanması mümkün deyil. Buna baxmayaraq, tərəflər ümumi niyyətləri ifadə edən çərçivə sazişini ilin sonuna qədər imzalaya bilər. Vaşinqtonun çalışdığı da məhz budur.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru