USİAD-ın rəhbəri: “Ermənilərə Qarabağda kilsələrə baş çəkmək üçün şərait yaradılmalıdır”

11-07-2024, 12:12           
USİAD-ın rəhbəri: “Ermənilərə Qarabağda kilsələrə baş çəkmək üçün şərait yaradılmalıdır”
“ABŞ regionda sülh prosesini dəstəkləyir”. Tribunainfo.az xəbər verir ki, bunu USAİD rəhbəri Samanta Pauer deyib.
O, Ermənistanda keçirdiyi görüşlər zamanı bildirib ki, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması prosesinə də dəstək verəcəklər. “Biz Qarabağdan olan ailələrin hüquqlarını təmin etməyə çağırırıq ki, onlar sağ-salamat öz evlərinə qayıda bilsinlər”.
Paur bununla da yetinməyib və deyib: “Bir çox ailələr kilsələrə, məbədlərə, qohumlarının məzarlarına baş çəkmək istəyirlər. Lakin indiyədək belə bir dönüş olmayıb. Bu istiqamətdə çağırışlar edəcək və iş aparacağıq”.
P.S. Pauerin bu açıqlaması qəribə deyil. Çünki Qərb həmişə ikibaşlı oyun oynayıb və yekunda ermənilərə qahmar çıxıb. Lakin bir məsələ var. Madam ABŞ qəbristanlıq və kilsələri bu qədər əziz və möhtərəm bilir, o zaman Qərbi Azərbaycandan olan soydaşlarımıza da analoji ziyarətlər etməsi üçün də çağırışlar etsin. Ona görə ki, Qərbi Azərbaycanda yüzələr kənd, onlarla şəhərimiz, məscidlərimiz, qəbristanlıqlarımız qalıb. Şübhəsiz ki, onların hamısı dağıdılıb. Amma yenə də olsun, şərait yaratsınlar bizimkilər də gedib əzizlərinin qəbirlərini ziyarət etsinlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru