HƏMAS Pekində Fələstin fraksiyalarının iclasında iştirakını təsdiqləyib

17-07-2024, 11:54           
HƏMAS Pekində Fələstin fraksiyalarının iclasında iştirakını təsdiqləyib
"HƏMAS hərəkatı iyulun sonunda Çinin paytaxtında keçiriləcək Fələstin fraksiyalarının genişləndirilmiş toplantısında iştirak edəcək".

Bu barədə hərəkatın Siyasi Bürosunun üzvü Hussam Bədran məlumat verib.

"Bu ay Çində Fələstin fraksiyalarının genişləndirilmiş toplantısında iştirak edəcəyik", - Bədran bildirib.

Onun sözlərinə görə, hərəkat və digər fələstinli qruplar ÇXR-dən iyulun 21 və 22-də geniş tərkibdə iclas keçirmək üçün dəvət alıblar.

Bədran əlavə edib ki, milli birliyə nail olmaq niyyəti ilə bu çağırışa müsbət cavab veriblər. Xüsusilə də Qəzzada İsrail qüvvələri ilə toqquşmalar zamanı ehtiyac milli birliyə ehtiyac var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru