Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu geri çağırılıb.
Report xəbər verir ki, Moldova Nazirlər Kabinetinin son iclasında İqor Bodiu ilə yanaşı bu ölkənin Finlandiya, Estoniya, Litva, Estoniya, Norveç və İsveç, Belçika, Portuqaliya, Bolqarıstan, ABŞ və Avropa Şurasındakı səfirləri geri çağırılıblar.
Xarici işlər naziri Natali Qermanın təqdimatına əsasən alınan bu qərarın səbəbləri açıqlanmır.