“Bayden administrasiyası bizə təzyiq göstərib” - Zukerberq

27-08-2024, 15:29           
“Bayden administrasiyası bizə təzyiq göstərib” - Zukerberq
“Meta”nın qurucusu Mark Zukerberq ABŞ Prezidenti Co Bayden administrasiyasının şirkətə qarşı təzyiq göstərdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə ABŞ Nümayəndələr Palatasının Hüquq komitəsinin sədri Jim Cordana yazdığı məktubda bildirib.

Markın sözlərinə görə, administrasiya şirkətin sosial şəbəkələrində hesabların paylaşımlarına senzura qoyulması məqsədilə korporasiyaya təzyiq göstərib: “Hətta 2021-ci ildə Bayden administrasiyasının rəsmiləri sosial şəbəkədə yayımlanan tənqid və yumorla bağlı da narazılıqlarını dilə gətiriblər. O vaxt onların fikirlərinə qəti etirazımızı bildirdik. Hər hansı bir hesabın silinməsi korporasiyanın daxili işidir”.

O, hökumətin bu addımının səhv olduğunu qeyd edib: “Biz kənardan hansısa administrasiyanın təzyiqinə güzəştə gedə bilmərik. Şirkət gələcəkdə də belə təzyiqlərə layiqli cavabını verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru