ABŞ və Çin rəsmiləri Pekində məhsuldar danışıqlar aparmağa ümid edirlər

28-08-2024, 08:58           
ABŞ və Çin rəsmiləri Pekində məhsuldar danışıqlar aparmağa ümid edirlər
Pekində görüşən ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Çinin baş diplomatı Vanq Yi çərşənbə axşamı bildirib ki, onlar səmərəli danışıqlar aparmağa ümid edir.

Vaşinqtonun müttəfiqləri olan Yaponiya və Filippin son günlərdə Çini regional gərginliyə görə günahlandırıb və Tokio Pekini hava hövzəsini pozmaqda ittiham edib. Manila isə onu cənub-şərqi Asiyada “sülhün ən böyük pozucusu” adlandırıb.

Sallivan çərşənbə axşamı Çinin paytaxtına gedəndən sonra deyib ki, o, xarici işlər naziri Vanqla “çox səmərəli danışıqlar raundu” keçirməyi gözləyir.

“Biz bir sıra məsələlər, o cümlədən razılaşdığımız və hələ də effektiv və əsalı bir şəkildə idarə etməli olduğumuz fikir ayrılıqlarımızın olduğu məsələləri müzakirə edəcəyik,” o deyib.

Vanq Sallivana deyib ki, o, 2016-cı ildən bəri ABŞ milli təhlükəsizlik müşavirinin Çinə ilk səfəri zamanı “əsaslı və konstruktiv” danışıqlar aparmağa ümid edir.

Vanq əlavə edib ki, o, iki tərəfin “Çin-ABŞ əlaqələrinin San Fransisko gözləntisinə doğru irəliləməsinə yardım etmək istəyir.” O, Prezident Co Bayden və Şi Tsinpinin ötən il ABŞ-ın San Fransisko şəhərində müəyyən etdiyi çərçivəyə istinad edib.

Amerika rəsmisi səfərdən öncə deyib ki, Sallivan Pekində həmkarları, o cümlədən Vanqla Cənub Çin dənizini müzakirə edəcək.

O, Birləşmiş Ştatların bu səfərdə hər hansı irəliləyişin olacağını gözləyib-gözləmədiyini bildirməyib.

“Biz sərmayə qoymağa, ittifaqlarımızı gücləndirməyə və texnologiya və milli təhlükəsizlik sahələrində atmalı olduğumuz ortaq addımları atmağa sadiqik,” rəsmi ABŞ-ın Bayden administrasiyası altında texnologiya transferlərinə tətbiq etdiyi məhdudiyyətlərə istinad edərək deyib.

“Biz bu rəqabəti məsuliyyətli şəkildə idarə etməyə…vəonun münaqişəyə çevrilməsinin qarşısını almağa sadiqik,” o, adının açıqlanmaması şərtilə deyib.

O, Birləşmiş Ştatların Tayvan üzərində artan "hərbi, diplomatik və iqtisadi təzyiq" ilə bağlı Çinə təzyiq edəcəyini bildirib. Tayvan özü-özünü edən demokratiyadır, Pekin isə onu öz ərazisinin bir hissəsi hesab edir və güc yolu ilə birləşməyi də istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru