Pakistanın baş naziri silahlı hücumların Çinlə əməkdaşlığa mane olmaq məqsədi daşıdığını deyib

28-08-2024, 09:34           
Pakistanın baş naziri silahlı hücumların Çinlə əməkdaşlığa mane olmaq məqsədi daşıdığını deyib
Baş nazir Şehbaz Şərif çərşənbə axşamı deyib ki,
Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətindəki separatçı militantların hücumları Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) bir hissəsini təşkil edən inkişaf layihələrini dayandırmaq məqsədi daşıyır.

Bazar günü başlayan və 70-dən çox insanın ölümünə səbəb olan hücumlar son illər vilayətin ayrılmasını istəyən etnik militantlar tərəfindən həyata keçirilən hücumlardan ən böyüyü olub. Hazırda Çin sərvətlərlə zəngin vilayətdə liman, qızıl və mis mədəni kimi inkişaf layihələrinə rəhbərlik edir.

"Terrorçular Çin-Pakistan İqtisadi Dəhlizini və inkişaf layihələrini dayandırmaq istəyirlər", deyən Şərif kabinetə televiziya ilə nümayiş etdirilən müraciətində militantların həmçinin İslamabad və Pekin arasında gərginlik yaratmaq istədiklərini bildirib.

Bildirildiyi kimi, 65 milyard dollar dəyərində CPEC lahiyəsi Çin prezidenti Şi Tsinpinin "Bir kəmər, bir yol" təşəbbüsünün bir hissəsidir.

Pakistan yoxsulluqdan əziyyət çəkən Bəlucistanda mineral ehtiyatlardan istifadə etmək üçün lazım olan infrastrukturu tam şəkildə yarada bilməyib və vilayətin inkişafı üçün Çindən yardım istəyib.

Çin hücumları pisləyib və Pakistanın terrorla mübarizə səylərinə dəstəyini davam etdirəcəyinə söz verib.

"Çin regional sülh və təhlükəsizliyi birgə qorumaq üçün Pakistanla terrora qarşı təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirməyə hazırdır", Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsian mətbuat brifinqində deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru