Qrossi Kursk AES-də PUA-ların zərbələrinin izlərini gördüyünü bildirib

28-08-2024, 11:11           
Qrossi Kursk AES-də PUA-ların zərbələrinin izlərini gördüyünü bildirib
Beynəlxalq Atom Enerjisi Agentliyi rəhbərinin qənaətinə görə, Kursk vilayətində nüvə insidentinin baş verməsi təhlükəsi var.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi jurnalistlərə bildirib ki, Kursk atom elektrik stansiyasında (AES) yoxlama zamanı onun ərazisində pilotsuz təyyarələrin (PUA, dron) endirdiyi zərbələrin izlərini görüb. Bu barədə Rusiya mediası xəbər vetib.
"Bu gün mənə əraziyə və stansiya obyektlərinə bir neçə dronların zərbəsi barədə məlumat verilib. Mən stansiyada olarkən bu endirilən zərbələrin izlərini gördüm", - Qrossi qeyd edib.

Lakin agentliyin rəhbəri Kursk AES-in obyektlərinə kimin pilotsuz təyyarələrinin hücum etdiyini açıqlamayıb.
"KP.RU" saytı yazıb ki, Kursk AES-ə baş çəkən Rafael Qrossi bildirib ki, Kursk vilayətində nüvə insidentinin yaranması üçün real təhlükə var.
Onun sözlərinə görə, AES "normal şəraitə yaxın vəziyyətdə" işləyir, eyni zamanda qlobal problemin yaranma ehtimalı da (yaxınlıqda gedən döyüşlər səbəbindən) mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru