Rusiya və Belarusda nüvə qalxanının olması ABŞ-ın qarşısını alır - Lukaşenko belə deyir

3-09-2024, 10:18           
Rusiya və Belarusda nüvə qalxanının olması ABŞ-ın qarşısını alır -
Belarus prezidenti hesab edir ki, ABŞ bu sahənin inkişafına istənilən qədər pul xərcləyə bilər.
Sputnik. Rusiya və Belarusda nüvə qalxanının olması ABŞ-ı bu ölkələrlə bağlı hər hansı qərar qəbul etməkdən çəkindirir.
Bu barədə "BELTA" agentliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonun söylədiklərinə istinadən xəbər verib.
"Bu gün onlar (ABŞ) bizimlə nə edəcəklərini bilmirlər: daha sərt davranmağa çalışsalar, cavab olaraq nüvə zərbəsi ilə qarşılacaqlar. Bu halda isə bütün planet məhv olacaq. Onlar artıq ölmək istəmirlər, çünki bu qərarları verənlərin tam və yaxşı həyatı var", Lukaşenko bildirib.
Belarus rəhbəri Vitebsk Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri ilə görüşdəki çıxışı zamanı bildirib ki, yalnız SSRİ-nin köməyi ilə ABŞ nüvə silahının yaradılması sahəsində inhisarçı yerini tuta bilməyib.
"Bizim (keçmiş SSRİ ölkələri) hesabımıza onlar dünya sərvətinin demək olar ki, üçdə birini istehsal edirlər və nə qədər ki, onlar dolları inhisara alıb çap edəcəklər, o vaxta qədər irəliləyəcəklər", siyasətçi bildirir.
Belarus prezidenti hesab edir ki, ABŞ bu sahənin inkişafına istənilən qədər pul xərcləyə bilər. Bundan əlavə, bu ölkə artıq müəyyən resurslara nail olub: istər ən yaxşı mütəxəssislər olsun, istərsə də ən yeni texnikalar. Lakin İkinci Dünya Müharibəsindən sonra ABŞ "bir çox cəhətdən inhisarçı və güclü dövlətə" çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru