REAL seçkidən şikayət hazırlyır: "Əlimizdə çoxlu faktlar var!"

4-09-2024, 08:14           
REAL seçkidən şikayət hazırlyır: "Əlimizdə çoxlu faktlar var!"
Son seçkilərdə ən böyük boykot partiyası olan YAP-ın acınacaqlı durumu bir daha üzə çıxdı. YAP-ın siyasi partiya deyil, hakim siyasi partiya heç deyil, beyinlərə, ürəklərə təsir imkanı olmayan YAP, əvvəl heç olmasa “ayaqlara” təsir edə, camaatı seçkilərə mobilizə etməklə məşğul idilər – indi bunu da ya bacarmırlar, ya da ehtiyac duymurlar. Son seçkilərdə RƏSMİ iştirakçılığın 37% olması, reallıqda isə bütün inzibati resurslarla birgə cəmi 8-10% seçici aktivliyi hökumətin, YAP-ın fiaskosudur, dövlətin təməllərinə yönəlmiş ən böyük təhdiddir. Seçkilərə marağı, inamı illərdir boykot ittifaqının kiçik üzvü ilə birgə məhv edən YAP anlmaır ki, seçki leqal etiraz formatıdır, bu formatın məhvi qeyri-leqal və dövlət təməllərini sarsıda biləcək, proqnozlaşdılması mümkün olmayan, xarici oyunçulara (Şimal və Cənub) fürsət yaradan proseslərə səbəb olacaq – bu qaçılmazdır.
Son seçkilərdə YAP-ın əsas, keçirilməli namizədləri olan dairələrdə REAL 2-ci yer tutdu, məsələn, Rəsul Cəfərov 2800 səs topladı, bu onun orqanik, təbii səsidir, seçici aktivliyinin 10% civarında olduğu düşünsək, qalibiyyət üçün kifayət edəcək səsdir, o cümlədən Gəncədə, Şəkidə və başqa dairələrdə YAP-ın keçirilməsi nəzərdə tutulan dairələrində REAL namizədləri öz topladığı səslərlə 2-ci yerdədir, onların səsini azaltmayıblar, seçkilərə gəlməyənlərin hesabına YAP-ın səsini artırıblar (məhz buna görə boykot ittifaqı seçici aktivliyində maraqlı deyillər).
YAP-ın keçirilməli, amma formal olaraq YAP üzvü olmayan dairələrdə isə başqa cür davrandılar, öz istədikləri namizədlərə kömək etdilər, YAP üçün işləmədilər, amma YAP-ın formal namizədinə də sonuncu yer yaza bilməzdilər axı, ona görə də, bizim səsləri azaldıb onlara yazdılar – 33 saylı Xətai dairəsində YAP-ın formal namizədi Yengibar adlı şəxs idi, onu nə Google, nə də seçicilər tanımırdılar, heç bir kampaniya aparmadı, amma sonda ona 445 səs yazıb məndən qabağa saldılar, çünki, bunların xəstə təkəbbürünə görə YAP namizədi REAL-a uduza bilməzdi axı - əlimizdə faktlar var ki, mənim adıma çıxan bülletenləri YAP namizədinə hesablayıblar, reallıqda o heç 45 səs belə alması mümkün deyildi. Ola bilər ki, yaxşı insandır, bunu bilmirəm, amma heç bir kampaniya aparmadı, Allahın bukletini belə çap edib paylatmadı, çünki bilirdilər ki, YAP-ən ordan namizədi Zahid Orucdur, onu keçirdəcəklər. Amma müşahidəçilərimizin fədakarlığı nəticəsində ona da çox səs yazmağa imkan vermədin, türmədən ona yazılan 1001 səsi çıxsaq, cəmi 3800 səslə onu “qalib” elan etdilər. Halbuki, hakimiyyətin ən tanınmış (vizual olaraq) namizədi idi, prezident seçkilərinin daimi və “fəxri” iştirakçısı, hər dəfə 2-ci yer yazdıqları, seçki kampaniyalarında özü üçün deyil də, Əliyev üçün səs istəyən “unikal” namizəddir.
Gələk hüquqi addımlara – komandamız şikayətləri hazırlayır, əlimizdə onlarla akt, video-foto matereriallar var, şikayətləri təqdim edib dairənin saxta nəticələrinin ləğvinə çalışacağıq...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru