Monqolustan və Rusiyanın Qərbə nəsə göstərmək vəzifəsi yoxdur - Peskov

4-09-2024, 08:23           
Monqolustan və Rusiyanın Qərbə nəsə göstərmək vəzifəsi yoxdur - Peskov
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bu iki ölkə ən yaxın qonşu ölkələrdir.
Monqolustan və Rusiyanın Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur, ölkələr ikitərəfli münasibətləri inkişaf etdirmək vəzifəsini yerinə yetirirlər.
Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Heç kimin - nə Monqolustanın, nə də Rusiyanın Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur. Biz ən yaxın qonşu ölkələrik və biz ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vəzifəsini icra edirik", - Peskov qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir. O, Xalxin Qol çayında sovet və monqol silahlı qüvvələrinin yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün ötən gecə gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru