Dimitro Kuleba istefa verdi

4-09-2024, 11:50           
Dimitro Kuleba istefa verdint

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat yayıb.

D. Kuleba istefa ərizəsini Ali Radaya təqdim edib.

Ərizənin fotosu da yayılıb.

Qeyd edək ki, sentyabrın 3-də ədliyyə naziri Denis Malyuska, strateji sənaye naziri Aleksandr Kamışin, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina və baş nazirin nəzarətsiz ərazilərin reinteqrasiyası məsələləri üzrə müavini İrina Vereşçuk da vəzifələrindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru