BU DAİRƏDƏ NƏTİCƏLƏRİN LƏĞVİ TƏLƏB EDİLİR - MSK-ya şikayət olunub

5-09-2024, 10:13           
BU DAİRƏDƏ NƏTİCƏLƏRİN LƏĞVİ TƏLƏB EDİLİR -
"Bizdə 50-dən çox pozuntunun aktlarla, foto və videolarla qeydi var. Hamısını toplayıb Mərkəzi Seçki Komissiyasına (MSK) göndərmişik”.

Bunu 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə namizəd olmuş Şəhriyar Məcidzadə jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, bu gün, sentyabrın 4-də MSK-ya şikayət məktubunu göndərib:

Ş.Məcidzadə bildirib ki, şikayətdə nə yazmışıqsa, onun video və foto sübutu var: “Mən dairə üzrə nəticələrin ləğvini tələb edirəm. Hətta bu dairə üzrə MSK-nın quraşdırdığı vebkameralardan belə seçkilərin pozuntularını oturub müəyyən etmişik. Orada topa bülletenin atılması görünür. Bu faktlar nəzərə alınmasa, çox qırmızı yalan olar".

Xatırladaq ki, sözügedən dairədən bitərəf namizəd Anar Məmmədovun 15 minə yaxın səslə lider namizəd olduğu elan edilib.

MSK-nın saytında yerləşdirilən məlumatda Ş.Məcidzadənin 1200-ə yaxın səslə 4-cü sırada qərarlaşdığı görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru