ABŞ və Britaniya diplomatları Ukraynada müharibə və Qəzza zolağında durumu müzakirə edir

11-09-2024, 16:18           
ABŞ və Britaniya diplomatları Ukraynada müharibə və Qəzza zolağında durumu müzakirə edir
Britaniyanın xarici işlər naziri David Lemmi Ukrayna və Qəzzada müharibələr də daxil olmaqla, bir sıra mövzular ətrafında danışıqlar aparmaq üçün ABŞ dövlət katibi Antoni Blinkeni çərşənbə axşamı Londonda qəbul edib.

İkitərəfli münasibətlər, eləcə də Hind-Sakit Okean hövzəsi ilə bağlı məsələlər də həmçinin ABŞ və Britaniya rəsmilərinin diqqət mərkəzindədir.

"Daha qeyri-sabit və təhlükəli bir dünyada bizim ölkələrimizin daha sıx mühasibətdə olması çox vacibdir", Lammi çərşənbə axşamı keçiriləcək görüşdən əvvəl açıqladığı bəyanatda bildirib.

Blinkenin həmçinin çərşənbə axşamı partiyası 14 ildən sonra ilk dəfə iyul ayında hakimiyyətə qayıdan Britaniyanın baş naziri Keir Starmerlə də görüşü gözlənilir.

Starmerin cümə günü Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşü planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru