QƏRB RUSİYANIN CƏNUBİ QAFQAZDAKI SƏHVLƏRİNİ TƏKRARLAYIR - Nəyə gətirib çıxaracaq?
14-09-2024, 16:04
"ABŞ Konqresinin Helsinki Komissiyası “Ermənistanda demokratiyanın dəstəklənməsi və Qərbin gələcəyi” mövzusunda dinləmələr keçirib. Başlıqdan da göründüyü kimi, “demokratiya” və “Qərb gələcəyi” kimi ritual sözləri işlədilir".
"AzPolitika" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov sözügedən müzakirələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu dinləmələr Qərbin Ermənistanı dəstəkləməsinin növbəti nümunəsidir.
"Ki, burada ermənilərin bütün tezisləri, Azərbaycana qarşı yalan və böhtanlar, beynəlxalq hüquqa və regiondakı reallığa məhəl qoymadan istifadə olunub", - o, qeyd edib.
Ekspert bildirib ki, Ermənistan adından çıxış edən konqresmenlər aşağıdakılardı:
"- Səfir Baer erməni diasporu ilə məşğul olan təqaüdçü amerikalı diplomatdır, hazırda Karnegi Mərkəzində işləyir.
- Olesya Vartanyan – Ermənistan hökuməti tərəfindən xarici forumlarda çıxış etmək və Azərbaycan əleyhinə layihələr həyata keçirmək üçün seçilib;
- Qarabağ kökənli erməni ekspert, Ermənistan Təhlükəsizlik Şurası Katibliyinin keçmiş əməkdaşı, hazırda Armen Qriqoryanın əsas tezislərinin ifadəşisi Tiqran Qriqoryan.
Bu, bir tarixçi kimi mənə Osmanlılara və türk dövlətlərinə qarşı müharibədə onlara dəstək olmaq , “qədim xristianları” müsəlmanlardan xilas etmək məqsədi ilə üçün məktub və yalvarışlarla ilk dəfə Qərb paytaxtlarını dolaşan erməni dilənçilərini xatırlatdı. O zaman Qərbdə dolaşan erməni dilənçilər Rusiyada dəstək tapdılar", - deyə ekspert bildirir.
F.Məmmədov vurğulayır ki, ABŞ Konqresində müasir erməni petisiyaçılarının çıxışında Paşinyanın bütün məlum tezisləri səsləndirilib: "Çıxışlarda İrəvanda hazırlanmış mətnlər oxunub, Ermənistanın Rusiyanın təsirindən uzaqlaşmağa daha böyük dəstək tələbləri, Ermənistana qarşı hərəkətlərinə görə Azərbaycanın cəzalandırılması, bir sözlə tamam yalan rəvayətlər və yalvarışlar eşidilib. Onlar onu da bildiriblər ki, Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı(Aİİ) üzvlüyünü və bu ölkədə Rusiya hərbi bazasının mövcudluğunu başa düşsünlər, buna görə onları bağışlasınlar. Bütün bunlar Ermənistan rəsmilərinin Qərbdə bağlı qapılar arxasında dedikləri şeylərdi.
Turaq ki, Konqres başa düşdü, bağışladı və Ermənistana kömək edəcəyinə söz verdi.
Onlara necə kömək etməmək olar?! Axı Paşinyan “təzyiq altında” BRİKS sammitinə gedir, Rusiya ilə ticarət dövriyyəsini “artırmağa”, silah gücü ilə MDB və Aİİ sammitlərində iştirak etməyə “məcbur olur”. Bundan əlavə , “şantaj” altında isə Ermənistanda Rusiya hərbi bazasını saxlayır və rus sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalır".
Ekspert hesab edir ki, bu vəziyyət davam edəcək, çünki artıq aprelin 5-də Ermənistanla bağlı qərar qəbul edilib, sənədlər imzalanıb: "Azərbaycan mətbuatının o zamanlar haqqında yazdıqları, amma amerikalıların və avropalıların rədd etdikləri hər şey indi həyata keçirilir. Amerikalılar USAİD vasitəsi ilə yardımı ikiqat artırır, hərbi təlimlər keçirir və hərbi müşavirlərini saxlayır. Aİ Sülh Fondu vasitəsi ilə silah və Aİ missiyasını gücləndirən agentlərlə təmin edir, Fransa Ermənistanın büdcə kəsirini birbaşa maliyyələşdirir.Yəni Ermənistanın hərbi xərclərini ABŞ və Aİ maliyyələşdirir!!!
Eyni zamanda ermənilərin yüzlərlə yaşayış məntəqəsinin xarabalığa çevrildiyi, bir milyon yarım minanın basdırıldığı Azərbaycana isə mikroskopik yardımlar edilir".
Politoloq xatırladır ki, biz bütün bu oyunları artıq görmüşük: "25 il ərzində bu rolu Ermənistanı hər cəhətdən dəstəkləyən Rusiya oynayıb, Ermənistanın Azərbaycan ərazilərini işğalını davam etdirməsi üçün bütün resurslarını sərf edib. Hətta 2016-cı ildə "İskəndər"-lər verilib...Bəs Rusiya üçün nəticə nə oldu?!
Qərbin Ermənistana sülh müqaviləsi olmadan və anti- Azərbaycan kontekstində verdiyi dəstək erməni dövlətçiliyinin, qondarma üçüncü respublikanın təməllərində yerləşmiş təcavüzkar siyasətə dəstəkdir. Azərbaycan birtərəfli yanaşmaları qəbul etmir və “yerdə” hərəkətləri ilə, Ermənistanı regional layihələrdən əngəlləməkdə davam edərək, Ermənistanı Konstitusiyanı dəyişməyə məcbur etməklə yeni geosiyasi xətlərin formalaşmasına mane olacaq.
Ermənistanın Qərb tərəfindən hərbiləşdirilməsi danışıqlar prosesinə mənfi təsir göstərir. Çünki bu, İrəvanın aqressivliyini təşviq edir və regionun problemlərinin həllinə töhfə vermir; əksinə, mövqelərin sərtləşməsinə gətirib çıxarır".