Bu mövzu da İrəvanla Moskvanı yaxınlaşdırır

1-10-2024, 12:54           
Bu mövzu da İrəvanla Moskvanı yaxınlaşdırır
Rusiyanın baş naziri Mixail Mişustin Tehrandan İrəvana gedib. Mişustin İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclası iştirak edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşsa da, Avrasiya İqtisadi Birliyindən faydalanmaqda davam edir.
Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı aşağı səviyyəyə endirir, bu ölkə ilə iqtisadi əlaqələrini isə əksinə gücləndirir, ticarət mübadiləsinin həcmi ilbəil artır.
Mişustinin Tehrandan İrəvana keçidinin bir başqa əhəmiyyəti də var. Hindistan İranın Çabahar limanını icarəyə götürüb. Bu limandan həm Rusiya, həm də Ermənistan istifadə etmək istəyir.
Bu mövzu da İrəvanla Moskvanı yaxınlaşdırır.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru