Quterreş İsraildə “arzuolunmaz şəxs” elan edilib

2-10-2024, 18:28           
Quterreş İsraildə “arzuolunmaz şəxs”  elan edilib
İsrail Xarici İşlər Nazirliyi BMT-nin baş katibini “persona non-qrata” elan edib

İsrail Xarici İşlər Nazirliyi BMT-nin baş katibi Antonio Quterreşi “arzuolunmaz şəxs” (persona non-qrata) elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz deyib.

Nazir Quterreşin İranın İsrailə raket hücumundan sonra verdiyi açıqlamanı pisləyib və bildirib ki, BMT baş katibinin “persona non-qrata” elan edilməsi və ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul olunub.

“İranın İsrailə qarşı cinayətkar hücumunu birmənalı şəkildə qınamayan hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil. O terrorçuları, təcavüzkarları və qatilləri dəstəkləyən anti-İsrail baş katibdir”, - Katz bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru