NATO-nun sabiq baş katibi: Əfqanlara verdiyimiz sözü tuta bilmədik

5-10-2024, 11:04           
NATO-nun sabiq baş katibi: Əfqanlara verdiyimiz sözü tuta bilmədik

NATO-nun sabiq baş katibi Yens Stoltenberq etiraf edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Əfqanıstan sakinlərinə verdiyi vədi yerinə yetirə bilməyib.

Stoltenberq bu barədə "Financial Times" nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, NATO Əfqanıstanı yalnız "Taliban" hərəkatının geri dönməyəcəyinə əmin olduqdan sonra tərk edəcəyini vəd vermişdi:

"Onlara dedim ki, bizim Əfqanıstandan çıxmağımız müəyyən şərtlərə bağlıdır. Biz yalnız əfqanların öz ölkələrini müdafiə edə biləcəyinə və taliblərin geri dönməyəcəyinə əmin olduqdan sonra gedəcəyik. Lakin NATO bu vədi yerinə yetirə bilmədi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru