Türkiyənin yeni Konstitusiyasından “layiqlik” ifadəsini niyə çıxardırlar

18-10-2024, 10:58           
Türkiyənin yeni Konstitusiyasından “layiqlik” ifadəsini niyə çıxardırlar
Türkiyəni tanıdığımdan “layiqlik” (dünyəvilik) mövzusu hər zaman müzakirə predmeti olub, müxtəlif siyasi cərəyanlar Konstitusiyada bu ifadənin çıxarılmasına çalışıblar.
Bu alınmadıqda, bir müddət sonra yeni cəhdlər ediblər. Türkiyənin daxilində və xaricində bu qədər problem varkən, kənar müşahidəçiyə “layiqlik” mövzusunun yenə ön plana çıxarılması doğrusu anlaşılmır.
Layiqliyin Türkiyənin mövcud problemlərin həllinə əngəl olmadığını düşünürəm. Misal üçün terrorla mübarizəyə, iqtisadi və sosial problemlərin həllinə layiqlik mane olmur.
Bu mənim subyektiv fikrimdir, kimsə razılaşmaya bilər. Türkiyənin yeni Konstitusiyasının qəbulu ilə bağlı təklifləri anlayıram, hazırki Anayasa 1980-ci hərbi çevrilişdən sonra ərsəyə gəlib. Üstündən illər keçib, bəlkə də yeni Konstitusiyanın qəbuluna ehtiyac var, ancaq bu, niyə “layiqlik” ifadəsinin əsas qanundan çıxarılmasıyla başlamalıdır?
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru