İranın sərhəd təhlükəsizlik qüvvələrinin onlarla əfqan miqrantı qətlə yetirdiyi iddia edilir

18-10-2024, 11:54           
İranın sərhəd təhlükəsizlik qüvvələrinin onlarla əfqan miqrantı qətlə yetirdiyi iddia edilir
Taliban rəsmiləri onlarla Əfqanıstan vətəndaşının Pakistandan qeyri-qanuni yollarla bu ölkəyə keçməyə cəhd edərkən İranın sərhəd qüvvələri tərəfindən öldürülməsi və yaralanması ilə bağlı iddiaları araşdırır.

Talibanın Kabildəki sözçüsünün müavini Həmdullah Fitratın çərşənbə günü bildirdiyinə görə, "müxtəlif hökumət qurumları" və Əfqanıstanın diplomatik nümayəndəlikləri bildirilən itkiləri "hərtərəfli araşdırmalara" başlayıb.

"Hadisənin Əfqanıstanın hüdudlarından kənarda baş verdiyi bildirildiyinə görə, mövcud məlumatlar yoxlanılmamış olaraq qalır" - deyə, Fitrət X sosial media platformasında ingilis dilində dərc etdiyi bəyanatında qeyd edib. O, son qərarın faktlar "aydınlaşdırıldıqdan" sonra veriləcəyini bildirib.

Taliban təhqiqata başladığını İranın "Halvaş" kimi tanınan hüquq-müdafiə təşkilatının bazar günü əfqanların itkilərinın İranın Sistan-Bəlucistan sərhəd vilayətində baş verdiyini bildirməsindən sonra elan edib.

Təşkilat sağ qalanlara istinadən qanunsuz yolla İrana daxil olmağa cəhd edən 300-ə yaxın əfqan miqrantın İran sərhədçilərinin hücumuna məruz qaldığını, nəticədə ölən və yaralananlar olduğunu bildirib.

İran prezidentinin xüsusi nümayəndəsi və Kabildəki səfiri Həsən Kazemi Qumi X-də fars dilində verdiyi açıqlamasında "Hazırda etibarlı mənbələr Saravan sərhəddində onlarla qeyri-qanuni vətəndaşın ölməsi xəbərinin doğru olmadığını təsdiqləyib" deyib.

O, Pakistanın cənub-qərbində, əhalinin seyrək məskunlaşdığı Bəlucistan vilayətindəki sərhəd bölgəsi Vaşukla bitişik İran bölgəsini nəzərdə tutub.

Bununla belə Qumi "vətəndaşların ölkəyə qeyri-qanuni daxil olmasına" "qanuni" cavab vermənin "ölkələrin qanuni hüququ olduğunu və istənilən ölkənin sərhədçiləri qeyri-qanuni vətəndaşların ölkəyə girişinin qarşısını almağa borclu olduğunu" vurğulayıb.

Pakistan vilaylətinin hakimiyyət orqanları iddia edilən insidentlə bağlı şərh verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.