Slovakiyanın hakim partiyası Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb

21-10-2024, 11:14           
Slovakiyanın hakim partiyası Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxıb
Slovakiyanın hakim partiyası “İstiqamət – Sosial Demokratiya” Ukraynanın NATO-ya daxil olması planlarını dəstəkləməyəcək.

APA xəbər verir ki, bunu respublikanın baş naziri Robert Fiko “TA-3” telekanalına deyib.

“Yəqin ki, Ukraynanın NATO-ya dəvətinin qarşısını almaq mümkün olmayacaq, lakin sonra ratifikasiya məsələsi parlamentdə həll olunacaq. Mən öz və rəhbərlik etdiyim partiyanın adından deyirəm ki, biz bu ideyanı dəstəkləməyəcəyik”, - deyə Fiko telekanalda danışıb.

Onun sözlərinə görə, bu yaxınlarda münaqişənin həlli ilə bağlı planını təqdim edən Ukrayna prezidenti Vladimir Zelenski Slovakiyanın bu mövqeyindən xəbərdardır. Baş nazir Zelenskinin irəli sürdüyü qələbə planını tamamilə qeyri-real adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru