İtaliyada Böyük Yeddilər qrupunun iclası keçirilir

21-10-2024, 12:35           
İtaliyada Böyük Yeddilər qrupunun iclası keçirilir
Böyük Yeddilər (G7) qrupunun nazirləri şənbə günü Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və təkrar qış aylarında döyüşlərlə üzləşən Ukraynaya artan təzyiq fonunda şənbə günü danışıqlara başlayıb.

Böyük Yeddilər qrupuna sədrlik edən İtaliya, NATO bazasının da yerləşdiyi cənub şəhəri Neapolda qurumun müdafiəyə həsr olunmuş ilk nazirlər iclasını təşkil edib.

İtaliya müdafiə naziri Quido Krosetto iştirakçıları tək-tək qarşılayıb. Onların arasında NATO rəhbəri Mark Rutte və Aİ-nin xarici siyasət üzrə rəhbəri Cozep Borrell də olub.

"Mən inanıram ki, bizim bu gün burada varlığımız bizi demokratik sistemlərə xələl gətirmək istəyənlərə güclü müsaj göndərir," Krosetto tədbirin açılışında deyib.

"Rusiyanın Ukraynadakı qəddar təcavüzləri və Yaxın Şərqdə həqiqətən də kritik vəziyyət, Səhraaltı Afrikada dərin qeyri-sabitlik və Hind-Sakit Okean regionunda artan gərginlik yaxın gələcəyin proqnozlaşdırıla bilmədiyi pisləşmiş təhlükəsizlik çərçivəsini vurğulayır," deyə o bildirib.

Krosetto bundan bir gün əvvəl Brüsseldə deyib ki, bir günlük sammit zamanı Yaxın Şərqdə gərginləşən münaqişənin müzakirəsinə "geniş yer" veriləcək.

Bundan əlavə sammitin gündəmində Ukraynadakı müharibə, Afrikanın inkişaf və təhlükəsizliyi, habelə Asiya-Sakit okean regionundakı vəziyyət olub.

Yaxın Şərq

Görüş İsrailin Qəzzada viranedici müharibəyə səbəb olan İsrailə 7 oktyabr hücumlarının təşkilatçısı olan HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü elan etməsindən iki gün sonra keçirilir.

İsrail Baş naziri Benyamin Netanyahu deyib ki, Sinvarın fələstinli ərazidə ölümü HƏMAS-a qarşı müharibənin “sonunun başlanğıcı”na işarə edir. ABŞ Prezidenti Co Bayden isə bunun “sülhə doğru aparan yola” qapı açdığını deyib.

İtaliyanın baş naziri Qiorgia Meloni cümə günü İsrailin HƏMAS-ın müttəfiqi Hizbullahla müharibə apardığı Livana səfər edib.

Beyrutda çıxış edən Meloni Livanda BMT sülhməramlılarına hücumları “qəbuledilməz” adlandırıb. BMT qüvvəsi İsraili onların mövqelərini hədəf almaqda ittiham edib.

İtaliyanın Livanda BMT-nin sülhməramlı qüvvəsində 1000 əsgəri var.

Ukrayna

Ukrayna məsələsində isə nazirlər Kyivin artıq üçüncü qışdır müharibə aparmasını, şərqdə döyüş meydanında verdiyi itkiləri və gələn ay Donald Tramp Ağ Evə seçildiyi təqdirdə ABŞ-ın hərbi dəstəyinin azalması ehtimalını nəzərdən keçirəcəklər.

Qərb müttəfiqləri tərəfindən Rusiyaya qarşı qalibiyyət strategiyası hazırlamaq üçün artan təzyiqlə üzləşən Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Avropa İttifaqı və NATO-ya qələbə planın təqdim edib.

Planda NATO-ya dərhal üzvlüklə bağlı çağırış yer alır, ancaq ittifaq üzvləri bunu qeyri-mümkün hesab edir.

Plan həmçinin uzun-mənzilli silahlardan istifadə edərək Rusiyadakı hərbi hədəfləri vurmağa icazə və Ukrayna ərazisində qeyri-müəyyən “qeyri-nüvə strateji çəkindirmə paketi” tələb edir.

Bundan əlavə, Cənubi Koreya kəşfiyyatının Şimali Koreyanın Moskvanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək məqsədilə çox sayda əsgər göndərdiyinə dair məlumatlarının müzakirə ediləcəyi gözlənilir.

Rutte cümə günü deyib ki, NATO hələ ki, bu kəşfiyyat məlumatlarını təsqiləyə bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.