Orban: Qərb kəşfiyyat agentlikləri Kiyevin nüvə silahı yarada biləcəyini araşdırırlar

21-10-2024, 16:14           
Orban: Qərb kəşfiyyat agentlikləri Kiyevin nüvə silahı yarada biləcəyini araşdırırlar
Kiyev dövlətin NATO-ya qəbulu ilə bağlı vəziyyətdən məyusdur.
Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqının sammitində deyib ki, ölkə öz nüvə silahını yarada bilər.
Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxış edərkən bu sözləri şərh edib.
Onun sözlərinə görə, hazırda Qərb xüsusi xidmət orqanları müvafiq bəyanatı tədqiq edirlər.
"Kəşfiyyat xidmətləri Ukraynanın həqiqətən də nüvə silahı yaratmaq strategiyasının olub-olmadığını öyrənmək üçün çalışırlar" - Orban deyib.
Əvvəllər bildirilmişdi ki, Zelenskinin sözləri onun ümidsizliyi ilə bağlı ola bilər. Kiyev dövlətin NATO-ya qəbulu ilə bağlı vəziyyətdən məyusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru