"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...

22-10-2024, 00:10           
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" -
Erməni mətbuatı noyabrın 5-ə qədər Zəngəzur dəhlizinin açılacağını yazır. Bu barədə erməni politoloq iddia irəli sürüb. Politoloq hesab edir ki, Ermənistan tərəfi münaqişə üçün heç bir səbəb görməyəcək və dəhliz açılacaq.
Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı erməni politoloqlarının, siyasətçilərinin, dövlət xadimlərinin müxtəlif dövrlərdə müxtəlif açıqlamaları olub. Amma, ilk növbədə real vəziyyət nəzərə alınmalıdır.

“Zəngəzur dəhlizinin açılması deyəndə, hələ bunun razılığı əldə olunmayıb. Gevondyan deyir ki, oktyabrın 26-dan noyabrın 5-nə qədər məsələ sürətləndiriləcək. 5 noyabr tarixinə qədər dəhliz açılacaq. Dəhlizin açılması ilə bağlı ümumi bir razılığa gəlmək lazımdır, ondan sonra bu dəhlizin açılmasından danışmaq olar. Ermənistan bütün vasitələrlə Zəngəzur dəhlizinin açılmasına mane olur. Onlar istəyir ki, bu dəhlizə özləri nəzarət etsinlər”-deyən deputat hesab edir ki, eyni zamanda ABŞ, Fransa, Rusiya da dəhlizə nəzarət etmək üçün can atır.

Deputatın fikrincə, Ermənistan bu gün “bulanıq suda balıq tutmağa çalışır”.

“Ermənistan gərgin vəziyyət yaradır və gərgin vəziyyət nəticəsində də həm Qərbdən maddi təminat, həm də hərbi təminat alırlar. Bu səbəbədən də hazırda onlar gərginləşmə xəttini götürüblər. Hələlik, bunlar manipulasiyadır. Ermənistan yalnız məcbur olduğu vaxt Zəngəzur dəhlizinin açılmasına imkan verəcək.

COP 29-la bağlı başımız qarışıqdır, bundan istifadə edirlər. COP 29 bitsin, digər məsələlər həll olunsun, ondan sonra Ermənistan Zəngəzur dəhlizini açmaq məcburiyyətində qalacaq. Əgər açmasa, dövlətçiliklərini itirmə təhlükəsi ilə üz-üzə qalacaq. Çünki, onların götürdüyü xətt toqquşma xəttidir. Təxribata da Azərbaycan misliylə cavabını verəcək”-deyə Elşad Musayev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru