Azərbaycanlı fəal Gürcüstan azərbaycanlılarını müxalifətə səs verməyə çağırıb

22-10-2024, 11:44           
Azərbaycanlı fəal Gürcüstan azərbaycanlılarını müxalifətə səs verməyə çağırıb
Gürcüstan müxalifətinin Tbilisidə Azadlıq meydanında keçirilən mitinqində azərbaycanlı fəal Samirə Bayramova etnik Gürcüstan azərbaycanlılarını parlament seçkilərində Avrointeqrasiyanın tərəfdarı olan müxalifətə səs verməyə çağırıb.

Onun çıxışının böyük hissəsi gürcü dilində olub. O, öz çıxışını Azərbaycan dilində tamamlayaraq belə deyib: "Əziz azərbaycanlılar! Oktyabrın 26-da biz hamımız ölkəmizin gələcəyi, xüsusən onun müxtəlifliyi, bərabərliyi üçün Avropanı seçəcəyik".

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 300 minə yaxın etnik azərbaycanlı yaşayır və onların təxminən 200 mini səs vermək hüququna malikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.