Azərbaycanın Rusiyadakı səfiri: BRİKS ilə əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir

22-10-2024, 17:58           
Azərbaycanın Rusiyadakı səfiri: BRİKS ilə əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir
Səfir BRİKS-in Azərbaycanın ənənəvi olaraq mühüm və çox vaxt təşəbbüskar rol oynadığı region olan qlobal Cənuba yönəldiyini vurğulayıb.
BRİKS ilə əməkdaşlığın gücləndirilməsi Azərbaycanın milli maraqlarına cavab verir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev deyib.
Diplomat vurğulayıb ki, bu qarşılıqlı əlaqə rəsmi Bakının ədalətli dünya nizamının formalaşdırılması, bütün dövlətlər üçün inkişaf üçün bərabər imkanların yaradılması istiqamətində ardıcıl kursuna “orqanik şəkildə uyğun gəlir”.
“Bir yandan Azərbaycan BMT-nin nüfuzunun, onun beynəlxalq münasibətlərdə mərkəzi əlaqələndirici rol oynamağa çağırılan universal təşkilat kimi rolunun və səmərəliliyinin artırılmasının tərəfdarıdır, digər yandan isə çoxqütblü dünya ideologiyasını, ikili standartlardan azad və bölücü xətlərin yaradılmasını istisna edən dünya nizamının formalaşmasını bölüşür. Bu kontekstdə BRİKS kimi nüfuzlu təşkilatla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki BRİKS Yer kürəsinin quru sahəsinin təxminən 35 %-i, dünya əhalisinin 45 %-i, dünya ÜDM-nin 30 %-i, dünya neft hasilatının 40 %-dən çoxu və sənaye inqilabının bazası olan nadir torpaq minerallarının dünya ehtiyatlarının 70 %-idir”, – R.Mustafayev qeyd edib.
O həmçinin BRİKS-in Azərbaycanın ənənəvi olaraq mühüm və çox vaxt təşəbbüskar rol oynadığı region olan qlobal Cənuba yönəldiyini vurğulayıb:
“Bütün bu nümunələr onu göstərir ki, Azərbaycanın siyasəti BRİKS-in çoxqütblülük prinsiplərinin dəstəklənməsi və inkişaf etməkdə olan ölkələrin dünya siyasətində və iqtisadiyyatında rolunun artırılması üzrə ideologiya və praktikasına harmonik şəkildə uyğun gəlir”
“Bakının BRİKS ilə əməkdaşlığın aktivləşdirilməsinə marağı onun dünya siyasəti və beynəlxalq əməkdaşlıq məsələlərinə balanslaşdırılmış yanaşma strategiyasının qanunauyğun davamıdır. Xüsusilə beynəlxalq münasibətlərin indiki mərhələsində, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də Milli Məclisdəki çıxışı zamanı bəyan etdiyi kimi, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası, demək olar ki, tamamilə dağıdılıb”, – Rəhman Mustafayev vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.