Ukrayna Şimali Koreyaya müharibə elan EDƏ BİLƏR: “50 minlik ordunun...”

22-10-2024, 17:26           
Ukrayna Şimali Koreyaya müharibə elan EDƏ BİLƏR:
“Koreya əsgərlərinin bu müharibəyə qoşulması yeni mərhələyə keçid kimi qiymətləndirilə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Şimali Koreya əsgərlərinin Rusiya tərəfdən Ukraynaya qarşı vuruşmasının münaqişənin dünya müharibəsinə çevrilmə ehtimalından danışarkən politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, sözügedən hal Rusiya-Ukrayna müharibəsinin gedişatında xüsusi dəyişiklik edə bilər.

“Çünki Şimali Koreya ordusu ideologiyaya əsaslanan peşəkar hərbçilərdən ibarətdir. Başqa cür desək, onlara “ölüm maşını” da deyirlər. Bu şəxslərin müharibəyə cəlb edilməsi Ukraynaya ciddi təzyiq deməkdir”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, Rusiyanın Kurskda əməliyyatlara başlayacağı 50 min ordunun həmin əraziyə cəmlənməsindən məlum idi.

“10 min hərbçinin də koreyalı əsgərlər olduğunu nəzərə alsaq, burada artıq 60 minlik ordudan söhbət gedir. Həmin ordu ilə Kurskun işğal atlında olan əraziləri qaytarıldıqdan sonra digər yerlərdə də irəliləmələr davam edəcək.

Eyni zamanda, Koreya əsgərlərinin bu müharibəyə qoşulması yeni mərhələyə keçid kimi qiymətləndirilə bilər. Lakin, əgər Ukrayna Şimali Koreyaya qarşı müharibə elan etməzsə, koreyalı əsgərlərin gəlişi sadəcə hərbi yardım kimi görüləcək”, – deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.