İranlı general: "İsraildən məhdud cavab zərbəsi gözləyirik"

23-10-2024, 07:04           
İranlı general: "İsraildən məhdud cavab zərbəsi gözləyirik"
İran əmindir ki, İsrail genişmiqyaslı hücuma qərar verməyəcək, ancaq simvolik cavab zərbəsi ilə məhdudlaşacaq.

TASS xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) sosial-mədəni təminat üzrə baş qərargah rəisi, 2007-2019-cu illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri vəzifəsində çalışmış general-leytenant Məhəmməd Əli Cəfəri deyib.

"İsrail çox güman ki, səmərəsiz, məhdud və kiçik bir hücum həyata keçirərək, bunu Tehranın 1 oktyabr raket hücumuna cavabı kimi təqdim edəcək. İranın reaksiyası düşmən hücumunun şiddətindən asılıdır: əgər o, böyük və əhəmiyyətli bir şey edərsə, mütləq cavabın alacaq və bu cavab dəfələrlə güclü olacaq”, - deyə o, SNN-ə bildirib.

İranlı hərbçi əmin edib ki, İsrail “ciddi və əhəmiyyətli tədbirlər görməyəcək”.

"Nə edirsə etsin, bu cəhdi boşa çıxacaq", - Cəfəri əlavə edib.

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi isə bildirib ki, Tehran “bölgədə sülh, təhlükəsizlik istəyir, gərginliyin azalmasına çalışır, lakin sionist rejimin (İsraili nəzərdə tutur – TASS) bütün sərhədləri keçir, cinayətlər törədir:

"Biz onların İran ərazisinə potensial hücumuna proporsional cavab verməyə tam hazır olduğumuzu bəyan edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru