Putin və Si Cinpin Ukraynadakı vəziyyəti müzakirə ediblər

23-10-2024, 08:57           
Putin və Si Cinpin Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Kazanda BRICS sammiti çərçivəsində keçirdikləri danışıqlarda Ukraynada baş verən vəziyyəti və ümumilikdə beynəlxalq vəziyyəti müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, danışıqlar çox açıq, işgüzar, konstruktiv və konkret mövzular üzərində keçib: "Ukrayna ilə bağlı fikir mübadiləsi aparıldı və ümumilikdə beynəlxalq vəziyyət müzakirə olundu".

O, həmçinin qeyd edib ki, danışıqlar zamanı Moskva və Pekinin dünya hadisələrinə dair mövqelərinin və yanaşmalarının əhəmiyyətli dərəcədə üst-üstə düşdüyü bir daha təsdiqlənib. Bundan əlavə, Rusiya lideri və Çin sədri gələcək təmasların və dialoqun davam etdirilməsi üçün əsas parametrləri müəyyənləşdiriblər.

Bundan əvvəl Si Cinpin Rusiya və Çin arasındakı münasibətləri yüksək qiymətləndirərək, son onillikdə iki dövlət arasında əməkdaşlığın misilsiz və unikal bir səviyyəyə çatdığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru